Bu gün FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 800 metr aralı, nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub.

Unikal.org nazirliyin saytına istinadən xəbər verir ki, 1997-ci il təvəllüdlü Mahmudova Gülnar Əvəz qızı və Əliyev Əliağa Əvəz oğlunun (təvəllüdü dəqiqləşdirilir) cəsədləri hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.