Neftçala rayonunda avtomobil qadını vuraraq öldürüb.

Unikal.org report-a istinadən  xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Aşağı Qaramanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, kişi avtomobili arxaya sürmək istəyən zaman həyat yoldaşını vurub. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Qadın əməliyyat olunmağa aparılarkən dünyasını dəyişib. Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.