Şamaxı rayonunda ikimərtəbəli inzibati bina yanıb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, Şamaxı rayonunda ikimərtəbəli inzibati binanın (hazırda fəaliyyət göstərmir) ikinci mərtəbəsində 3 otağın döşəməsinin yanar konstruksiyaları 45 m² sahədə yanmışdır. Binanın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.