Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yağın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org-a verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının zirzəmisində (mağaza kimi fəaliyyət göstərir) 10 m² sahədə avtomobil ehtiyat hissələri yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.