Xızıda Rusiyadan gələn ər-arvad qəzaya düşüb. 

Unikal.org xəbər verir ki, Şimal bürosunun verdiyi məlumata görə, Bakı-Quba yolunun 61-ci kilometrliyində Rusiya Federasiyasından Bakıya qonaq gedən ər-arvad "KİA" markalı avtomobillə, hərəkətdə olan yük avtomobilinə arxadan çırpılıb. 

Nəticədə avtomobildə sərnişin qismində olan İmran Qafarov xəsarət alaraq Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Qəza zamanı avtomobili onun həyat yoldaşı idarə edib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsindəaraşdırma aparılır.