Prezident İlham Əliyev Azərbaycan kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, sərəncamla Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:

Əbluç Ənvər Abasqulu oğlu

Qəmbərov Rəfail Əliyeviç

Məmmədov Böyükağa Zeynal oğlu.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.