Tənkəmər dağında və ətraf meşəlik ərazilərdə (Quba və Şabran rayonlarının ərazisi) yanğınsöndürmə işləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a bildirilib ki, hazırda yanğın ocaqlarında tüstülənmə müşahidə olunur, açıq alov yoxdur.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının və Şimal Regional Mərkəzinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd "Mi-17 helikopteri yanğınsöndürmə işlərində iştirak edir.

Əlavə məlumat veriləcək.