Sumqayıt şəhərində xadimə işlədiyi evdən oğurluq edib.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, iyulun 30-da Sumqayıt şəhər sakini Rəsul Fazil oğlu 4-cü Polis Bolməsinə ərizə ilə müraciət edərək 2017-ci ilin yanvar ayından aprel ayınadək olan müddətdə 30-cu məhəllədəki evindən 7500 manatının və 2000 manat dəyərində qızıl əşyalarının oğurlanmasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun onun evində xadimə işləyən T.Novruzova tərəfindən törədilməsi müəyyən edilib. T.Novruzova izahatında hadisəni törətməsini və qızıl əşyaları həmyerlisi S.Ələkbərova ilə birgə satmasını etiraf edib.