Türkiyəli müğənni Simge sevgilisi Ozan Bayraşadan ayrılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən məlumat verir ki, müğənni bu barədə özü açıqlama verib. Simge Ozanla ayrılsalar da, dost qaldıqlarını deyib:

"Ozanla 4 illik münasibət yaşadıq. Amma artıq bitirmək qərarına gəldik. İkimiz də yorulduq və mədəni formada ayrıldıq. 10 günə yaxındır ki, ayrılmışıq. İdmanla məşğul oluram, enerjimi işimə sərf etməyə çalııram. İstəyirəm hər kəs yaxşı olsun. Ozanın da yaxşı olmasını istəyirəm.