Dağıstan Respublikasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin əməkdaşları Rusiya-Azərbaycan sərhədinin "Yaraq-Qazmalar keçid məntəqəsindən saxta sənədlərlə keçirilmə keçirilməsi planlaşdırılan külli miqdarda tərəvəz aşkar ediblər.

Unikal.org Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Daqestanskaya Pravda nəşri yazır. 

Məlumatlara görə, Azərbaycandan Rusiyaya keçirilməsi planlaşdırılan 21 ton soğanın fitosanitar sertifikatı etibarsız olub.

Faktla bağlı yük sahibinə qarşı "Karantin məhsullarının idxal və ixrac qaydalarının pozulması maddəsi ilə protokol tərtib olunub.

Kənd təsərrüfatı mallarının Azərbaycan Respublikasına geri qaytarılması qərarı verilib.