"Göyçayda selin törətdiyi fəsadlar aradan qaldırılır. 

Bu barədə Unikal.org-a Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə deyib. 

O vurğulayıb ki, Göyçay çayının rayonun ərazisindən keçən hissəsində sel davam edir: 

"Çay kənarında yaşayan əhalinin təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edilib. Göyçayın tarixində heç vaxt belə bir sel hadisəsi olmamışdı. Selin dağıtdığı avtomobil körpüsü və piyada keçidi nəzarətə götürülüb. Sözügedən körpü çayın səviyəsi aşağı düşdükdən sonra yenidən qurulacaq. Hazırda isə çayın su səviyəsi yuxarı həddə olduğu üçün bunu həyata keçirə bilmirik.

İcra başçısı köpünün uçmasına səbəbin çayın məcrası yaxınlığındakı çınqılın çıxarılması olmadığını deyib:

"Bu barədə xəbərlər yayımlanır. Hesab edirəm ki, bu düzgün informasiya deyil. Yuxarıda qeyd etdiyim kimi, Göyçayın tarixində belə sel fəlakəti olmamışdır. Bu təbii hadisədir və heç kəs bundan sığortalanmayıb.

Orxan Həsənli