Paytaxtda güclü yanğın başlayıb. 

Unikal.org-un əldə etdiyi məlumata görə, yanğın Sabunçu rayonunun Balaxanı qəsəbəsi istiqamətindədir. Paytaxtın Nizami və Sabunçu rayonlarında qatı tüstü ətrafı bürüyüb.

14:52

****

15:28

Bakı şəhəri, Binəqədi rayonunda Bakı Poladtökmə Zavodunun ərazisində istifadəyə yararsız avtomobil şinləri yanır. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, dünən paytaxtın Binəqədi rayonu təkər tullantıları sexində də yanğın baş vermişdi.



Famil Fərhadoğlu