Naxçıvanda itən buzov iki gün sonra su quyusundan tapılıb. İribuynuzlu heyvan sakinlərin köməyi ilə sağ-salamat quyudan çıxarılıb.

Unikal.org Xezerxeber.az-a istinadən məlumat verir ki, hadisə Naxçıvanda, Kəngərli rayonunun Yurdçu kəndində baş verib. Sakinlərdən birinə məxsus buzov itib və iki gün ərzində tapılmayıb. İki gün sonra isə iribuynuzlu heyvanın kəndin kənarında qazılan kəhrizə düşdüyü məlum olub.

Buzov sakinlərin köməyi ilə kran vasitəsi ilə sağ-salamat quyudan çıxarılıb.