Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report.az-a istinadən bildirir ki, hadisə 1991-ci il təvəllüdlü Abbasova Arzu Qasım qızı yolu keçən zaman baş verib.

Qəzanı "Hyundai" markalı avtomobilin sürücüsü törədib. Yaralı sürücünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.