Avqustun 17-dən 18-nə keçən gecə İstanbulda qətlə yetirilən Rövşən Canıyevin ("Lənkəranski) ötən həftə sonu 40 mərasimi keçirilib. Bu müddətdə "Lənkəranskinin qətli ilə bağlı bir çox suallar açıq qalıb.

Unikal.org xəbər verir ki, musavat.com-un yazdığına görə, Lənkəranskinin 40 mərasimində Türkiyədən çox nüfuzlu avtoritet gəlib. Həmin nüfuzlu avtoritet Türkiyədə "Lənkəranskinin yerinə kimin olacağı ilə bağlı söhbət aparıb.

Mənbə deyib ki, "Lənkəranskinin ən yaxın adamı, qətlidən sonra İstanbulda həbs edilən "Hacı Beyləqanski indilikdə klana rəhbərlik etmək durumunda deyil. Qeyd edək ki, İstanbul polisi onun bir neçə qətldə əli olduğundan şübhələnib və avqustun 18-dən həbsdədir. Mənbə bildirib ki, bu səbəbdən məsləhətləşmələrdən sonra klanın Türkiyəyə cavabdeh şəxsi kimi gürcü Qoça tanınıb.

Sayt yazır ki, böyük ehtimalla söhbət "Kurşa ləqəbi ilə tanınan Qoça Çinçaridzeden gedir. Çünki o da son illər Türkiyəyə mütəmadi olaraq gedib-gəlirdi.

Qoça 5 iyul 1972-ci ildə Kabuletidə (Gürcüstan) anadan olub. O, "qanuni oğru adını 1992-ci ildə, cəmi 19 yaşı olanda alıb.

Moskva, Odessa və Ukraynada məskunlaşan Qoça son illər Türkiyədə sığanacaq tapıb. 44 yaşlı "qanuni oğruilk dəfə 1993-cü ildə Batumidə həbs edilib və 6 ay dustaq həyatı yaşayıb. 2006-cü ildə Moskvada yenidən həbs edilən "Kurşa6 aydan sonra yenə azadlığa buraxılıb. Rusiyada sonuncu dəfə 2006-cü ildə deportasiya olunub və o zamandan şimala üz tutmayıb.

Son 10 ildə də o, Ukraynada, əsasən də Odessada məskunlaşıb. Belə güman etmək olar ki, "Rövşən LənkəranskiTürkiyədə məskunlaşandan sonra o da bu ölkəyə köçüb. Sonuncu dəfə onu Ukraynadan bu ilin aprelində deportasiya ediblər. "Kurşanın 2013-cü ildə Gürcüstanda böyük amnistiya nəticəsində həbsdən azad edildiyi qeyd olunsa da, onun hansı səbəbdən mühakimə olunduğu haqda "oğru bioqrafiyasında məlumat yoxdur.

Bildirək ki, bu günlərdə Berlində "Lənkəranskinin düşmənlərinə qarşı türk və çeçen mafia klanlarının birləşməsi xəbəri də yayılmışdı. Bildirilirdi ki, klanların birləşməsi "Rövşən Lənkəranskinin yaxın dostu və Avropa "obşakı"na (xəzinəsinə) nəzarət edən çeçen Həmzət Qastamirovun ("Şeyx Həmzət) təşəbbüsü ilə baş verib. Mənbənin bildirdiyinə görə, belə bir birləşmə kriminal aləmdə son 26 ildə ilk dəfə baş verir.