Dünən gecə Salyanda 41 yaşlı kişi qətlə yetirilib. 

Unikal.org xəbər verir ki, Salyan şəhəri, Tale Davudzadə küçəsində yaşayan, əvvələr məhkum olunmuş, 41 yaşlı Elçin Eldar oğlu Babayev balta ilə qətlə yetirilib. Onun meyitini evə qayıdan bacısı aşkar edib.

Bir müddət sonra Elçin Babayevin qonşusu- 40 yaşlı, əvvələr iki dəfə məhkum olunmuş Quliyev Seymur Seyran oğlu tərəfindən qətlə yetirildiyi məlum olub. S.Quliyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Salyan rayon prokurorluğunda cianyət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, Salyan sakininin baltalanaraq öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb. Salyan Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, 1976-cı il təvəllüdlü Elçin Babayevin küt alətlə qətlə yetirilmiş meyiti yaşadığı evdə aşkar edilib. Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Baş vermiş hadisə ilə bağlı rayon prokurorluğu və polis şöbəsi əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.