Bakı şəhərində mənzildən külli məbləğdə pul və qızıl zinət əşyaları oğurlanıb.

Unikal.org report-a istinadən bildirir ki, hadisə paytaxtın Səbail rayonu, Ü.Hacıbəyov küçəsi ev 21 ünvanında qeydə alınıb.

Həmin evdə yaşayan, 1980-ci il təvəllüdlü Leyla Abdullayevanın mənzilindən açıq pəncərədən keçməklə 17 000 ABŞ dolları və 25 000 ABŞ dolları dəyərində qızıl zinət əşyaları oğurlanıb.

Faktla bağlı polis əməkdaşları tərəfindən istintaq aparılır.