Paytaxtda velosiped oğrusu tutulub.

Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, Yasamal rayon Polis İdarəsi 27-ci Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 16-da Bakı şəhər sakini Hüseyn Məmmədliyə məxsus velosipedi oğurlamaqda şübhəli bilinən paytaxt sakini Qurban Səfərov tutulub.