ABŞ-ın "Louisiana" atom sualtı gəmisi Vaşinqton ştatının sahilinə yaxın ərazidə kiçik təchizat gəmisi ilə toqquşub.
Unikal.org publika.az-a istinadən bildirir ki, bu haqda ABŞ Hərbi-Dəniz Qüvvələrinin Sakit okean donanmasının komandanlığından deyilib.
Hadisə avqustun 18-də Xuan-de-Fuk boğazında baş verib. Toqquşma nəticəsində heç kim zərər çəkməyib. Atom sualtı gəmisi Hərbi-Dəniz Qüvvələrinin Kitsap bazasına, təchizat gəmisi isə Port-Ancelesə sağ-salamaq qayıdıb.
Fakt üzrə araşdırma başlanıb. Toqquşma anında sualtı gəminin içində nüvə silahının olub-olmadığına dair məlumat yoxdur.
Qeyd edək ki, "Louisiana" ("Ohayo" sinfindən olan sualtı gəmi) 1997-ci ildə istifadəyə verilib. Gəmi öz göyərtəsində 24 ədəd "Trident II" ballistik raketi və 154 ədəd BGM-109 "Tomaqavk" qanadlı raketi daşıya bilir.