Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş 2016" tədbirlər planının icrası ilə əlaqədar narkotik vasitələrdən və psixotrop maddələrdən istifadəyə qarşı mübarizə tədbirlərini davam etdirir.

Bu məqsədlə rayonun dağlıq ərazilərində yabanı halda bitən çətənə kolları yandırılma yolu ilə məhv edilir.

Unikal.org Kəpəz TV-ə (Region TV) istiknadən xəbər verir ki, Dəstəfur və Astaf kəndlərindən sonra növbəti belə tədbir ən ucqar yaşayış məntəqələrindən olan Zəylikdə keçirilib. Polis əməkdaşları Aran Zəylik meşə massivinin ərazisində ümumi çəkisi 1 ton 620 kiloqram olan 5300 ədəd narkotik tərkibli bitkini yandırıblar. Həmin çətənə kollarının hündürlüyü 2 - 3 metr arasında dəyişib. Ötən mövsüm Daşkəsən rayonu ərazisində təxminən 5 tona yaxın çətənə kolu aşkarlanıb.

Daşkəsəndə 1,6 ton narkotik bitki yandırıldı - FOTO