Dünən gecə İstanbulun Beşiktaş səmtində "qanuni oğru Rövşən Lənkəranskiyə (Caniyev) qarşı sui-qsəd təşkil olundu. Ağır yaralanan Caniyev və onun sürücsü İstanbul xəstəxanalarından birində keçiniblər.

Unikal.org Modern.az-a istinadən bildirir ki, MDB məkanında ən nüfuzlu "qanuni oğrulardan birinin öldürülməsi kifayət qədər ciddi rezonans doğurub. Lənkəranskiyə qarşı təşkil edilən hücumu yeni criminal müharibə ilə əlaqələndirilib.

Məlumata görə, o, MDB məkaının ən nüfuzlu "qanuni oğrusu sayılan Zaxari Kalaşovun (Şakro Molodoy) həbsindən sonra başlanan yeni müharibənin qurbanı olub.

Rövşən Lənkəranski və Merab Canqveladze öz təşəbbüsləri əsasında Şakro Molodoyun "qanuni oğru"ların tacının əlindən alınmasına qoyduğu qadağanı pozaraq, bir neçə avtoriteti bu addan məhrum edib.

Ehtimal olunur ki, məhz bu fəallığına görə Rövşən Lənkəranski qui-qəsdin qurbanı olub.

Rövşən Lənkəranski məşhur avtoritet, "Ded Xasan ləqəbli yezidi kürd Aslan Usoyana qarşı təşkil edilən sui-qəsdin əsas sifarişçisi sayılır. "Ded Xasan 16 yanvar 2013-cü ildə snayperlə qətlə yetirilib.