ABŞ prezidentliyinə namizəd Donald Tramp bir daha bəyan edib ki, prezident seçiləcəyi təqdirdə Krımı və Sevastopolu Rusiyanın bir hissəsi kimi tanıyacaq.

Unikal.org-un məlumatına görə, o, bu fikrini ABC kanalına verdiyi son açıqlamada yenidən xatırladıb.

Tramp vurğulayıb ki, bu ərazilərin Rusiyaya birləşdirilməsi prezident Barak Obamanın hakimiyyəti zamanında baş verib və bu baxımdan, məsuliyyəti də Obama daşıyır:

"Ukraynaya gəldikdə, bu ölkə xaos içindədir. Mövcud nizamsızlıq Obama administrasiyası və NATO ilə güclü əlaqələr şəraitində baş verir. Krımı artıq götürüblər. Burada Trampı ittiham etməyin".

Nail Cəlil