Teleaparıcı: "Bütün həyatımız alın yazısı deyil..."
11:27 05-03-2014
ŞOU
Teleaparıcı: "Bütün həyatımız alın yazısı deyil..."
Tanınmış teleaparıcı Şəbnəm Xeyrullanın Milli.Az-a müsahibəsi.
- Necə oldu ki, aparıcı oldunuz?
- Uşaq vaxtı, daha dəqiq desəm, 12-13 yaşım olarkən Dövlət Televiziyasında uşaq verilişlərinin aparıcısı olmuşam. Amma buna baxmayaraq, arzum məhz aparıcı olmaq deyildi. Mən telereportyor olmaq istəyirdim. Kumirim də Çingiz Mustafayev idi. Ən böyük arzum isə ANS-də çalışmaq, müharibə xəbərlərini çatdırmaq olub. ANS televiziyasına ilk qəbulum 2008-ci ildə bir kastinq nəticəsində olmuşdu. Lakin o zaman cəmi iki ay qala bildim arzuladığım yerdə. Təhsilim əyani idi. İki vacib məsələni bir araya gətirə bilmədim. Ona görə də ANS-dən uzaqlaşmağa məcbur oldum. 2012-ci ildə isə məni yenidən sözügedən kanala dəvət etdilər. Nəticədə, o vaxtdan bu vaxta qədər burada aparıcı olaraq fəaliyyət göstərirəm.
- Sizcə, alın yazısı var?
- Var. Amma bütün həyatımız alın yazısı deyil. İnsan müstəqil olaraq fikir yürüdə, addım ata, yaşaya bilər və s. Həyatın gözəlliyi də məhz bundadır.
- Nəyə inanmağınız gəlmir?
- Bir gün inamımı itirəcəyimə.
- Tezliklə ailə qurmaq barəsində düşünürsünüzmü?
- Bu, Allahın qismətindən asılı olan bir şeydir.
- Təsəvvürünüzə nəyi gətirə bilmirsiniz?
- Təsəvvürümə gətirdiyim şeylər reallaşdığına görə ağılasığmaz bir şey fikirləşmək istəmirəm.
- Sizə çətin gələn nədir?
- Tərbiyəsiz insanlarla üzbəüz gəlmək. Günah və cinayət olmasa idi, belələrini dünyadan silərdim.
- Özünüzdə çatışmayan cəhəti tapa bilmisiniz?
- Hislərimi söz və əmələ çevirməyə çətinlik çəkirəm. Nə yaxşı ki, arada cızmaqara edirəm. Bu da həmin çatışmayan cəhəti sığortalayır.
- Gəncliyinizi lazımınca dəyərləndirə bilmisiniz?
- Məncə, yox. Amma həyatımın növbəti mərhələsinə keçəndə bu suala daha dəqiq cavab verə bilərəm. Çünki hələ gəncliyim bitməyib.
- Kimlərə həsrətlə baxırsınız?
- Velosiped sürməyi bacaranlara və hündürdaban geyinə bilən qızlara. Bu bacarıqlarım yoxdur, amma olsaydı, pis olmazdı.
- Sizə tez-tez deyilən söz hansıdır?
- "Haçan ərə gedirsən?.." Bu, mənə tez-tez verilən və bezdirici sualdır.
- Göründüyünüz kimisiniz, yoxsa olduğunuz kimi görünürsünüz?
- Heç kim göründüyü kimi deyil. Üç "mən" var - olduğun, göründüyün və görünmək istədiyin. Görünmək istədiyim kimi görünmək və olmaq istərdim.
- Aparıcılıqdan savayı əlinizdən daha nə gəlir?
- Aparıcılıq mənim ixtisasım və peşəm deyil, sadəcə olaraq, indi məşğul olduğum işin adıdır. İxtisasca magistr dərəcəli kitabxanaşünas-biblioqrafam. Orta musiqi təhsilim də var. Bundan başqa, cızmaqara etməklə də çörək pulu qazana bilərəm (gülür).
- Əhvalınız olmayanda hara üz tutursunuz?
- Sosial şəbəkələrdəki dostlarımın arasına, təbii ki, virtual olaraq. Başqa harasa getməyə vaxt tapa bilmirəm axı. Bir də ki işdən çıxanda hava qaranılıq olmursa, Şəhidlər xiyabanına baş çəkirəm. O zaman daha çox sakitləşirəm.
- Mən heç vaxt arzu etmərəm ki... Bu fikri necə tamamlamaq istərdiniz?
- Allaha inamım azalsın... Bu inam olmasa, həyatda bir gün də qalmağa dəyməz.
Digər Xəbərlər
2024-04-26 20:12:57
2024-04-26 18:33:50
2024-04-26 14:52:00
2024-04-26 14:17:00
2024-04-26 11:34:51
2024-04-25 23:22:27
2024-04-25 21:06:32
2024-04-25 20:10:54
2024-04-25 18:48:12
2024-04-25 15:26:08
2024-04-25 13:45:22
2024-04-25 12:09:00
2024-04-25 11:04:00
2024-04-25 08:31:00
2024-04-25 00:35:19
2024-04-24 19:11:55
2024-04-24 13:01:31
2024-04-24 00:27:21
2024-04-24 00:17:58
2024-04-23 22:26:51