Deputat “UNİKAL”a danışdı
Deputat “UNİKAL”a danışdı

Yazılanlar həqiqət deyil

Son günlər bəzi dövrü mətbuatda millət vəkili Ağalar Vəliyevlə bağlı yazılar dərc olunur və bildirilir ki, güya Milli Məclisin deputatı, “Azəraqrartikinti” ASC-nin sədri Ağalar Vəliyev bir neçə tikinti firmasına olan borcunu ödəməkdən boyun qaçırıb.
Bakıda tikinti işləri ilə məşğul olan şirkətlərdən birinin rəhbəri deyib ki, paytaxtdakı məktəblərin, yaşayış və dövlət binalarının təmiri ilə bağlı “Azəraqrartikinti” ASC-dən aldıqları sifarişi yerinə yetirsələr də ASC rəhbərliyi onlara çatmalı olan pulu vermir.Bununla bağlı “Unikal”a açıqlama verən deputat bildirib ki, bunlar sadəcə cəfəngiyyatdır və belə halın olması mümkünsüzdür. Onun sözlərinə görə “Azəraqrartikinti” ASC tikinti işləri ilə məşğul olan qrumdur və bu şirkət hansısa firmaya sifariş verməz. Əgər belə bir hal olubsa qoy onda həmin təşkilat ən azından açıqlama versin. Millət vəkili bildirir ki, bu cür cəfəngiyyat fikirlərin ortaya çıxmasına təssüflənir.
İlkin Rzazadə