Serj Sarksyan Ermənsitanı çökdürür
Serj Sarksyan Ermənsitanı çökdürür

Azərbaycan isə Ermənistanı blokada da saxlamaqda iddialıdır

Ermənistanda siyasi durum zaman-zaman gərginləşir və bu gərginliyin qarşılığında bir tərəfdən Ermənistandan əhali köçüb gedir, digər tərəfdən isə bu ölkə siyasi xəttində ciddi dəyişikliklər etmək zorunda qalır. Elə Ermənistanın Avropa Birliyindən imtina edib ,Gömürük İttifaqına üzv olmağa hazırlaşmasıda buna misaldır.

Ekspertlər hesab edir ki, Ermənistan əhalisinin böyük əksəriyyəti ümid edirdi ki, Ermənistan sürətlə Avropaya inteqrasiya edəcək və bununlada Rusiyanın təsirindən çıxaraq əhalinin sosial problemlərini həll edəcək. Amma gözləntilər özünü doğrultmadı Ermənistan mətbuatıda iddia edir ki, məhz bu qərardan sonra Ermənistanda əhalinin köçə daha aktiv şəkildə başladığı müşahidə olunur. Çünki bu gün Ermənistanda əksər müəssisələr Rusiyanın təsir dairəsindədir və işlək halda deyil. Ermənistan Gömürük İttifaqına qatılmaqla yerdə qalan sənaye müəssisələrini də Rusiyanın tabeliyinə keçirəcək ki, bununla da əhalinin olan sosial ümidləri bir dəfəlik dəfn olunacaq. Ekspertlər hesab edir ki, Ermənistanda baş verən proseslər Azərbaycanın maraqlarına cavab verir və bir müddətdən sonra Ermənistan Dağlıq Qarabağa təsirini tamamı ilə itirəcək. Çünki iqtisadiyyatı sıradan çıxmış bir ölkə hər gün inkişafda olan bir ölkənin ərazisini uzun müddət təsir altında saxlaya bilməz. Elə prezident İlham Əliyevin son bəyanatıda bunu təsdiqləyir. "İndiki Ermənistan rəhbərliyi və onların rəhbəri Sarkisyan nə qədər hakimiyyətdə qalsa, bizim torpaqlarımız o qədər də tez azad olar". Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev deyib:-"Əlbəttə ki, bu vəhşilik cavabsız qalmayacaqdır. Biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Çünki müxtəlif amillər vardır. Birincisi, inkişaf edən Azərbaycandır, tənəzzülə gedən Ermənistan. Bu, artıq reallıqdır. Azərbaycan getdikcə güclənir, Ermənistan getdikcə zəifləyir. Azərbaycanın iqtisadi, hərbi gücü artır, Ermənistan isə artıq etiraf edib ki, öz gücünə öz təhlükəsizliyini təmin edə bilmir və son hadisələr bunun əyani sübutudur. Dünya mətbuatı da bunu qeyd edir ki, Ermənistan öz təhlükəsizliyini təmin edə bilmədiyi üçün müxtəlif addımlara əl atır. Ancaq biz tam şəkildə özümüz öz hesabımıza yaşayırıq, öz inkişafımızı da, təhlükəsizliyimizi də özümüz təmin edirik. Ondan sonra demoqrafiya məsələləri vardır. Mən bu məsələni dəfələrlə vurğulamışam. Bizim əhalimiz müharibə dövründən bəri nə qədər artıb?! Azərbaycanda 9 milyon 400 mindən artıq vətəndaş vardır. Ermənistanda isə azalıbdır. İndi iki milyondan azdır. İndiki Ermənistan rəhbərliyi və onların rəhbəri Sarkisyan nə qədər hakimiyyətdə qalsa, bizim torpaqlarımız o qədər də tez azad olar. Çünki o adam və onun ətrafındakılar Ermənistanı uçuruma aparıblar. Artıq uçurumdadırlar. Çünki iqtisadiyyat çöküb, əhali qaçır. Elə onların özlərinin rəsmi statistikasına görə hər il 80 min erməni bu ölkəni birdəfəlik tərk edir. Belə getsə, 5-6 ildən sonra orada bir milyondan az adam qalacaq". Elə erməni politoloqlarda hesab edir ki, bu gün Ermənistan ərazilərinin 20 faizdən çoxu boş qalıb. Bu boyda ərazinin boş qaldığı bir zamanda hansısa erməni ailəsi daha təhlükəli zona sayılan Dağlıq Qarabağa köç etməyəcək. Bunu da qeyd edək ki, bir neçə il öncə Ermənistan hakimiyyəti gənc ailələrə yüksək əmək haqqı vəd edərək onların Dağlıq Qarabağa köç etməsinə çalışdı. Amma bir tərəfdən kütləvilik təmin edilmədi, bu biri tərəfdən isə Dağlıq Qarabağa köç edən ailələr geri qayıtdı. Nəhayət bu illərə qədər erməni lobbisi Ermənistana və Dağlıq Qarabağa kifayət qədər pul ayırırdılar. Amma son iki ildir ki, erməni lobbisidə Ermənistana pul ayırmaqda maraqlı deyillər və iddia edirlər ki, ayrılan pullar xalqa yox, hakimiyyətin korrupsiya oyunlarına cəlb olunur.
Mehdi Əli