Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI tura start veriləcək.

"Unikal" xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. "Turan Tovuz" doğma meydanda "Sumqayıt"la üz-üzə gələcək.

Tovuz şəhər stadionunda keçiriləcək matç saat 16:30-da start götürəcək.

Hazırda turnir cədvəlində sumqayıtlılar 44 xalla dördüncü, meydan sahibləri isə 44 xalla 6-cı sırada yer alıb.

Qeyd edək ki, turun digər görüşləri aprelin 20-21-də baş tutacaq.