Keniyanın Müdafiə Qüvvələrinin rəhbəri Frensis Oqollanın olduğu helikopter qəzaya uğrayıb.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, helikopter Elgeyo Marakvet və Qərbi Pokot rayonları arasındakı Kaben-Çeptulel sərhəddində qəzaya uğrayıb.

Qəza zamanı təyyarədə 9 nəfər olub. Onlardan 5-i ölüb. Ölənlərdən biri Oqolladır. 

Helikopter qəzasından sonra Keniya prezidenti Uilyam Ruto Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Hərbi təyyarənin düşməsinin səbəbləri hələ aydın deyil.

Nuranə Abbasova