Lerikdə evdən musiqi alətləri oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanılıb.

"Unikal" xəbər verir ki, Lerikdə evdən gecə saatlarında gitara, saz və məişət əşyalarını oğurlaması barədə polisə məlumat daxil olub.

Lerik RPŞ-nin keçirdiyi tədbirlərlə cinayətdə şübhəli bilinən rayon sakinləri Elariz Məmiyev və İsmayıl İsmayılzadə saxlanılıblar.

Məlum olub ki, saxlanılanlar evə xeyli məbləğdə pul olan seyf və ya kassa olduğunu güman etdikləri üçün giriblər. Pul və zinət əşyası tapa bilmədikdə isə musiqi alətləri və məişət əşyası oğurlayıblar.