"Arsenal"ın yarımmüdafiəçisi Deklan Rays komandasının Çempionlar Liqasının 1/4 final mərhələsinin Almaniyada keçirilən cavab oyununda "Bayern Münhen"ə uduzaraq (0:1) mübarizəni dayandırmasına münasibət bildirib.

"Unikal" xəbər verir ki, tanınmış insayder Fabritsio Romano "Alyans Arena"dakı görüşdən sonra dediklərini belə çatdırıb:

"Bu "Arsenal" futbol klubudur, dünyanın ən böyük klublarından biridir. Çox məyusam... Hamımız üzgünük, amma bizim gənc komandamız var. Toparlanmalıyıq. İrəlidə "Vulverhempton"a qarşı vacib oyunumuz var".   

Xatırladaq ki, tərəflərin Londonda reallaşan ilk qarşılaşmasında 2:2 hesablı heç-heçə qeydə alınmışdı.