"81 əyalətimizdə yalnız bir ittifaq var, o da Prezident və Nazirlər Kabinetidir".

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın qrup toplantısında deyib. 

Ərdoğan mart ayının 31-də keçirilən yerli idarəetmə seçkilərindən danışıb: "Bu seçkilərin ilk diqqət çəkən xüsusiyyəti iştirak səviyyəsinin aşağı olmasıdır. 31 Mart seçkiləri 78 faiz iştirak nisbəti ilə yerli seçkilər olaraq qeyd edildi. "Nəticələrə baxanda görürük ki, bunun yerli seçki olduğunu unudub "şımaranlar" var. O yazıqlar yerli seçkilərlə ölkəni idarə edəcəklərini düşünürlər. Bəziləri Türkiyədə yerli hakimiyyət və mərkəzi güc adlandıraraq ikili bir quruluş yaratmağa çalışırlar. Bu, sadəcə bir xəyaldır". 

Ağarza Elçinoğlu