Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dubayda güclü tufan və leysan yağışları davam edir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yağan güclü yağışlardan sonra şəhəri su basıb.

BƏƏ-nin Milli Meteorologiya Mərkəzinin məlumatına görə, çərşənbə axşamı, aprelin 16-da son 75 ildə rekord miqdarda yağış yağıb.

"BƏƏ-də 100 mm-dən çox yağış yağıb ki, bu da 75 ilin rekordudur", - məlumatda qeyd  olunub.