Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya səfəri ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə razılaşmasının olduğunu təsdiqləyib, lakin tarix hələ müəyyənləşməyib. 

“Unikal” xəbər verir ki, bu barədə Türkiyə lideri bu barədə Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə bildirib.

“Cənab Putinlə tez-tez telefon danışığı aparırıq, onun Türkiyəyə səfəri ilə bağlı tarix hələ müəyyən edilməyib”, - deyə Ərdoğan bildirib.


Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin Türkiyəyə səfərinin dəqiq tarixlərinin hələ müəyyən edilmədiyini və diplomatik kanallar vasitəsilə razılaşdırılacağını qeyd edib. Türkiyə paytaxtındakı diplomatik mənbə TASS-a bildirib ki, Rusiya liderinin səfəri üzərində iş gedir və onun tarixləri tərəflər razılaşdıqdan sonra açıqlanacaq.