Qəzza şəhərindəki Şifa xəstəxanasının həyətində kütləvi məzarlıq tapılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Təcili Yardım Komitəsinin üzvü Mutasım Salah açıqlayıb. 

"Şifa Xəstəxanasında ilk kütləvi məzarlıq xəstəxananın ön bağçasında basdırılmış 10 cəsəd tapıldıqdan sonra aşkar edildi. Xəstəxana bağçasında tapılan 10 cəsəd daha əvvəl İsrail əsgərləri tərəfindən öldürülüb və xəstəxananın ön bağçasında nizamsız şəkildə basdırılıb", - deyə Salah qeyd edib. 

Ağarza Elçinoğlu