Erməni əsilli rusiyalı UFC döyüşçüsü Arman Tsarukyan keçmiş UFC çempionu Çarlz Oliveyra ilə görüşündən əvvəl qalmaqallı hərəkət edib.

"Unikal" xəbər verir ki, 27 yaşlı Tsarukyan görüş öncəsi azarkeşlərdən birini yumruqlayıb. 

O buna səbəb kimi azarkeşin ona "sənə nə?" işarəsi göstərməsini əsas gətirib. 

"Mənə heç kim o işarəi göstərə bilməz. Kim olmasının fərqi yoxdur, göstərən olarsa yumruqlayaram", - deyə erməni idmançı özünə haqq qazandırıb.