"Everton" İngiltərə Premyer Liqasının maliyyə feyr-pley qaydalarını pozduğuna görə iki xalı silmək qərarına qarşı rəsmi apellyasiya şikayəti verib. 

"Unikal" xəbər verir ki, bu barədə "Sky Sports məlumat yayıb. Bildirilib ki, müraciətə yaxın bir neçə həftə ərzində baxılacaq. 

Xatırladaq ki, ötən ilin noyabrında İngiltərə Premyer Liqası maliyyə feyr-pley qaydalarını pozduğuna görə  "Everton"un 10 xalını silmişdi. Daha sonra klub bu qərara etiraz etdikdən sonra 4 xalı geri qayıtmışdı.

"Everton" hazırda Premyer Liqa cədvəlində 16-cı yerdədir.