Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə baş verən daşqınlar səbəbindən bu il iyunun 13-14-də keçirilməsi nəzərdə tutulan Astana Beynəlxalq Forumunu ləğv etmək qərarına gəlib.

"Unikal" xəbər verir ki, Qazaxıstan lideri tədbirə dəvət olunmuş iştirakçıların bu qərara anlayışla yanaşacaqlarına ümidvar olduğunu bildirib.

Astana Beynəlxalq Forumu işini 2025-ci ildə bərpa edəcək.