Fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağı-Zadənin həyat yoldaşı onu məhkəməyə verib.

“Unikal”ın əldə etdiyi məlumata görə, Dilarə Məmməd qızı Tağı-Zadə ər-arvad arasında əmlakın bölünməsi ilə əlaqədar Səbail Rayon Məhkəməsinə müraciət edib. Hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilən məhkəmə prosesi aprel ayının 2-nə təyin olunub. Keçiriləcək məhkəmə prosesində Dilarə Tağı-Zadə iddiaçı, Faiq Tağı-Zadə isə cavabdeh qismində tanınıb. 

Azər İsrafilov