Rusiya Ədliyyə Nazirliyi tanınmış politoloq Boris Vişnevskini xarici agentlərin reyestrinə daxil edib.

"Unikal" xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat verilir.

"B. L. Vişnevski xarici KİV və xarici agentlərin təqdim etdiyi informasiya platformalarında respondent kimi iştirak edib, Ukraynada xüsusi hərbi əməliyyatın əleyhinə çıxış edib. O, qeyri-məhdud insanlar dairəsi üçün xarici agentlərin Rusiya Federasiyasının dövlət hakimiyyəti orqanlarının qəbul etdiyi qərarlar, onların həyata keçirdiyi qərarlar haqqında yalan məlumat və materiallarının yaradılmasında, yayılmasında iştirak edib, yayıb".