Göyçayda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Cəyirli kəndi ərazisində baş verib. Qəza iştirakçısı olan avtomobillərdən ikisi zərbənin təsirindən idarəetmədən çıxaraq səki və maneələr üzərinə düşüb. Hadisə zamanı avtomobillər zərər görsə də xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov