Sabah Ramazan ayının 20-ci günüdür.

"Unikal"ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 30-da Bakıda imsak saat 05:00, iftar isə saat 19:18-dədir.

Ramazan ayının 20-ci gününün duası:

"Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Quran. Ya munziləs-səkinəti fi qulubil-mu-minin".
Tərcüməsi:

"İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Quran oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah".

Allah orucunuzu qəbul etsin!