"Crocus City Hall"da baş verən terror aktından sonra vəziyyəti son dərəcə ağır olan xəstə dünyasını dəyişib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko açıqlayıb.

"Təəssüf ki, ağır güllə yaraları alan və vəziyyəti son dərəcə ağır olan daha bir xəstə xəstəxanada dünyasını dəyişib. Həkimlər onun həyatı üçün mübarizə aparıblar və əllərindən gələni ediblər. Ailəsinə və yaxınlarına başsağlığı verirəm", - deyə nazir qeyd edib. 

Bununla da terror aktı qurbanlarının sayı 144 nəfərə çatıb. 

Nazir həmçinin əlavə edib ki, terror aktı nəticəsində yaralanan 69 nəfər xəstəxanalarda qalır, onlardan birinin vəziyyəti son dərəcə ağırdır. 

Ağarza Elçinoğlu