“Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı daha bir şübhəli şəxs həbs edilib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Rusiya İstintaq Komitəsinin məlumatına görə, şübhəli şəxs terrorun maliyyələşdirilməsi sxemində iştirak edib: "İstintaq onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə vəsatət göndərəcək". 

Bundan əvvəl Moskva yaxınlığında baş verən terror aktı ilə bağlı Tacikistan və Qırğızıstan vətəndaşları da daxil olmaqla 8 nəfər həbs edilib.

Xatırladaq ki, faciəvi hadisə nəticəsində 143 nəfər ölüb. 

Ağarza Elçinoğlu