İsrailin Suriyanın Hələb şəhərindəki hədəflərə endirdiyi aviazərbələr nəticəsində həlak olanların sayı 42-yə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə "France 24” məlumat yayıb.

*** 12:41

İsrail ordusu gecə saatlarında Suriyanın Hələb şəhərini vurub.

"Unikal" xəbər verir ki, şəhərə endirilən hava zərbəsi nəticəsində 5-i Hizbullah üzvü olmaqla 38 nəfər həlak olub.

Suriya Müdafiə Nazirliyi hücumlardan sonra verdiyi rəsmi açıqlamada ölənlərin sayını dəqiqləşdirməyib. Açıqlamada, Hələbdə İsrail və silahlı qruplaşmaların həyata keçirdiyi hücumlarda çoxlu sayda mülki vətəndaş və hərbçinin həlak olduğu bildirilib.

Zərifə Nağıyeva