Braziliyanın Resife şəhərində göydələndə güclü yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə "CNN Brasil" məlumat yayıb.

Bildirilir ki, tikilməkdə olan  "Botanik" adlı 25 mərtəbəli binada yanğın başlayıb. Dərhal hadisə yerinə yanğınsöndürənlər göndərilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə yanğının göydələnin damında başladığı və aşağıda bir neçə mərtəbəyə yayıldığı əks olunub. 

Seymur Əli