İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani "Rai2" telekanalında çıxış edərək ölkə vətəndaşlarını Moskvaya getməməyə çağırıb.

"Unikal" xəbər verir ki, onun sözlərinə görə, təxminən yarım milyon italyan Pasxa bayramlarında xaricə səyahət etməyi planlaşdırır.

"Biz həmişə demişik ki, Moskvaya səfərləri təxirə salmaq daha yaxşıdır və xüsusən də kimsə artıq Moskvadadırsa, insanların çox olduğu yerlərdən qaçmaq lazımdır. Biz bunu martın 8-dən deyirik", - deyə nazir paylaşıb.

Martın 8-də İtaliya Xarici İşlər Nazirliyi Rusiyaya bütün səfərləri təxirə salmağı  və “Rusiya Federasiyasında mövcudluğun mütləq zəruri olub-olmadığını qiymətləndirməyi” tövsiyə edib.