Braziliyanın Amazon meşələrində ovçular dünyanın ən böyük ilanını öldürüblər.

"Unikal" xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. 

Qeyd olunub ki, Braziliyanın Mato Qrossu-du-Sul əyalətindəki Formoso çayında "Ana Julia" ləqəbli 8 m uzunluğunda olan ilanın qalıqları tapılıb.

Hollandiyalı tədqiqatçı Frik Vonk anakondanı öldürənləri xəstə adlandırıb: "Ürəyimdə böyük ağrı ilə sizə bildirmək istəyirəm ki, mənim onunla birgə üzdüyüm böyük anakonda çayda ölü tapılıb. Mən müxtəlif mənbələrdən onun ovçular tərəfindən güllələndiyini eşitmişəm, baxmayaraq ki, ölüm səbəbi barədə rəsmi məlumat yoxdur". 

Seymur Əli