Venesuela Prezidenti Nikolas Maduro Karakasın mərkəzində keçirilən mitinqdə ona qarşı planlanan sui-qəsd cəhdinin qarşısının alındığını bildirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə yerli telekanallardan birinə verdiyi müsahibədə deyib.

Qeyd edək ki, təkcə bu ay ərzində iki venesuelalı dövlət başçısına qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinərək saxlanılıb.

Xatırladaq ki, N.Maduro 2013-cü ildən Venesuelanın prezidentidir.