Cənubi Koreyanın birinci xanımı Kim Kon Hi ötən ilin sonundan bəri ictimaiyyət qarşısına çıxmayıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Koreya prezidentinin həyat yoldaşının ictimai tədbirlərdə iştirak etməməsi jurnalistlərin böyük təəccübünə səbəb olub.

Eyni zamanda, siyasi müşahidəçilər əmindirlər ki, birinci xanımın taleyi ilə bağlı narahat olmağa dəyməz: çox güman ki, o, aprel ayına təyin olunan parlament seçkiləri öncəsi bir sıra səs-küylü qalmaqallardan sonra ictimaiyyətin diqqətindən kənarlaşdırılıb.