Moskvanın Basmannı məhkəməsi "Crocus City Hall"da terror aktı ilə bağlı iş üzrə daha 3 nəfəri - Dilovar, İsrail və Aminçon İslamovları həbs edib.

"Unikal" xəbər verir ki, məhkəmə qapalı keçirilib. 

“Dilovar İslamov, İsrael İslamov və Aminçon İslamov barəsində mayın 22-dək həbs qətimkan tədbiri seçilsin”, - məhkəmənin qərarında deyilir. 

Qeyd edək ki, Rusiya Federasiyasının İstintaq Komitəsi terror aktı işi üzrə təqsirləndirilən daha 3 nəfər - Aminçon, Dilovar və İsrail İslamovun həbsini tələb edib.

Dilovar İslamov terrorçuların istifadə etdikləri “Renault” markalı avtomobilin sahibi olub. İstintaq digər saxlanılanlar – Amincon və İsroil İslamovların da cinayətkar qrupun tərkibində olduqlarını ehtimal edir.