Türkiyənin səhiyyə naziri Fahrettin Koca dünən səhər saatlarında evdə pisləşən və insult keçirərək huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan aktyor Kadir İnanırın səhhəti ilə bağlı açıqlama verib.

"Unikal" xəbər verir ki, nazir əməliyyat olunan Kadir İnanırı oyatmağı planlaşdırdıqlarını bildirib.

"Kadir İnanırın vəziyyətinin təqib edilməsinə qərar verildi. Klinik gedişatı və beyin görüntülərini qiymətləndirərək onu oyandırmaq planlaşdırılır. Ailəsinə və yaxınlarına bu kədərli hadisə ilə bağlı "keçmiş olsun" diləklərimi çatdırıram", - deyə Koca bildirib. 

Aktyorun 23 illik həyat yoldaşı Jülide Kural isə açıqlamasında onun vəziyyətinin stabil olduğunu və reanimasiyada həkim nəzarətində saxlanıldığını bildirib.